
Rəqsanə İsmayılova yenidən əməliyyat olundu
Müğənni tezliklə Təranə Səmədovanın cavabını verəcək
Sənətə gələndən bəri adı qalmaqallarda, eyni zamanda borca düşməkdə hallanan Rəqsanə İsmayılova haqda yenilik əldə etmişik. Prodüseri Təranə Səmədova ilə işbirliyinə son qoyan müğənni hazırda yerli klinikaların birində müayinə olunmaqdadır. Belə ki, Rəqsanə növbəti dəfə plastik əməliyyat olunub. O hələ ki, həkimlərin nəzarəti altındadır deyə, evə buraxılmayıb. Təqribən bir həftədən sonra müğənni klinikanı tərk edəcək və üzündə aparılmış plastik əməliyyatdan sonra tamaşaçıları ilə görüşə gələcək. Bundan başqa, eks prodüseri Təranənin onun haqda səsləndirdiyi ittihamlara da cavab verəcək.
Allah hər mənada şəfa versin...
Könül Aypara
O.M.
Digər xəbərlər