Tarkan, Hadise, yoxsa özümüzünkülər?
Türkiyə mətbuatının yazdığı məlumata görə,
meqastar Tarkandan başqa pop ulduz Hadise də 2012-ci ili Azərbaycanda keçirəcək.
Deyilənə görə, Tarkan yarım milyona – yəni 500 min dollara, həmkarı Hadise isə
150 min dollara razılaşmaya imza atıblar. Burdan belə nəticəyə gəlmək olar ki,
azərilər əsl mahnı dinləməyə üstünlük verirlər. Daha doğrusu, insanları əyləndirən
pop musiqilərinə. Hər halda, türk müğənnilərinə külli miqdarda pul xərcləmək
belə qənaətə gəlməyə şərait yaradır. Bəlkə elə buna görədir ki, hələ də yerlərində
addımlayan yerli sənətçilırimizin biulki Yeni il şənliklərinə olan qiymətləri xeyli ucuzlaçıb...? Olmaya, bu, bir hesabatdır? Hər halda, son söz tamaşaçılarındır, hansı ki, pul verib bileti alaraq, zalı doldururlar.
Könül Aypara









































.jpg)





















































