
Samir Piriyev həmkarından üzr istədi!
Bir həftə öncə "Onlar" verilişində Samir Piriyev qeyri-adi təklif irəli sürməklə əks tərəfi özündən çıxardı. Belə ki, "toylar yoxdur, Məhərrəmlik ayıdır, mənim sürücüm olarsanmı?" sualı nəinki Nadiri, hər kəsi şoka saldı. İşi belə görən N.Qafarzadə də Samiri "santexnik" adlandırmaqdan çəkinmədi. Görünür, Piriyevin gözlənilməz atmacası onun xətrinə möhkəm dəymışdi.
"Əvvəla, mən müsahibələrimin birində zarafatca demişəm ki, adımı dəyişib "Röyal" olacağam. Röyanın oğlan formasını nəzərdə tutmuşdum. Amma görəcəksiniz, bir ilə elə start götürəcəyəm ki, gəl görəsən. Adımı heç vaxt dəyişmərəm, dədəm gül kimi ad qoyub mənə. O ki qaldı Nadir Qafarzadəyə olan atmacama, onunla zarafatımız var. Nadirin xətrinə dəymişdi bu zarafatım, bilirəm. Özü ilə də danışmışam. Başa saldım ki, ərkyanə demişdim. Xətrinə dəymişəmsə, bağışlasın. Burda nə var ki? Demişəm də, olub da...", - deyən Samirin problemi var. Əks təqdirdə, yeri gəldi-gəlmədi, həmkarlarını daşlamaz, bununla da hirsini soyutmağa çalışmazdı.
Könül Aypara