Təranə Səmədova: "Rəqsanə yalançıdır!"

Təranə Səmədova: "Rəqsanə yalançıdır!"

19 Dekabr 2011 13:06
Bəyəndim (0) Bəyənmədim (0)
Prodüser açdı sandığı, tökdü pambığı

Prodüser Təranə Səmədova artıq Rəqsanə ilə işbirliyinə son qoyub! Sən demə, hər kəsə mehriban olduqlarını nümayiş etdirməyə çalışan bu qadınlar əslində, bir-birinin ətini yeyiblərmiş. Sonda Təranə müğənni ilə münasibətlərini kəsmək qərarına gəlib. Deyilənə görə, hətta Rəqsanə yenə də Təranəni pul borcuna salmaq istəyirmiş ki, prodüser tez aradan çıxmaq məcburiyyətində qalıb.

"Borca düşməyinin günahkarı özüdür! Bu adam gəliri ilə xərcini bilmir, orta məktəb təhsilindədir. Əgər institut bitirsəydi, giriş-çıxışını da bilərdi. Üç manat qazanıb, doqquz manat xərcləyir. Bilmir ki, nəticədə hər kəsə borclu qalacaq? Hətta İlqar-Vüqar Yusifovlar qardaşlarına da 4 min manata yaxın borcu var. Rəqsanənin ümumiyyətlə, fantaziyası genişdir. Onu Hollivuda dəvət etsələr, fantaziyalı film çəkmək üzrə birinci yeri tutar. Barışmağımızın səbəbkarı özüdür, ağlayaraq məni onunla işləməyə dəvət etdi. Fikirləşdim ki, mənə nə qədər pul borcludur, işləməklə pulumu geri alaram. Düzdür, ala bildim köhnə borcu, amma sonra başıma elə oyun açdı ki, bu xəmir hələ çox su aparacaq. Mən qürurlu insanam, yalanı götürə bilmirəm. Dayım həkimdir, onunla söhbət edərkən, soruşdu ki, sən hələ Rəqsanə ilə işləyirsən? Dedim, hə. Dedi, o, yalançının biridir, Ötən dəfə bir adam yollamışdı yanıma, mənə külli miqdarda pul təklif etmişdi ki, bir sənəd verim, guya onun başında şiş var. Bundan sonra o insana olan nifrətim artdı. Uşaqlarının əkiz olması, guya Moskvada dünyaya gəlməsi də onun yalanıdır. Bir sözlə, Rəqsanə böyük yalançıdır! İllərdir susmuşam, müqabilində çirkin söhbətlər mənə yapışıb", - de açıqlama verən Təranə Səmədova indən belə Rəqsanə ilə bir daha işləməyəcəyini, ondan uzaq gəzib-dolaşacağını da vurğulayır. Halbuki, bir yeyib, ayrı yatırdılar...

Könül Aypara