
Bu gün Britni Spirs sabiq mətbuat katibinə ərə gedir
2 dekabr günü 30 yaşı tamam olmuş məşhur pop-ulduz Britni Spirs növbəti dəfə ərə getməyə hazırlaşır. O, cümə axşamı 40 yaşlı Ceyson Travikin evlənmə təklifini qəbul edib. TMZ saytının məlumatına görə, "Dünən gecə Ceyson məni hədiyyəsi ilə təəccübləndirə bildi. Sürprizi sizə göstərmək üçün ürəyim partlayır", deyə Britni Facebook-da fikirlərini dostları ilə bölüşüb.
Təntənəli toy mərasimi üçün bu gün cütlük Nevada ştatının Las-Veqas şəhərinə yola düşüb. Tədbir "Paris Hotel" mehmanxanasının "Sugar Factory(Şəkər fabriki)" restoranının "Chocolate Lounge(Şokolad zalı)" adlı sarayında keçiriləcək. Gəlinin şərəfinə qaynar şokoladdan hazırlanmış fəvvarə şəkilli tort süfrəyə veriləcək. Kişilərə xüsusi hazırlanmış şokolad ətirli siqarlar təqdim olunacaq. Bir sözlə, hər şey gəlinin zövqünə uyğun şokoladlı olacaq.
Xatırladaq ki, Britni Spirs 2006-cı ildə Kevin Federlayndan boşanıb. Ondan 6 yaşlı Preston və 5 yaşlı Ceydon adlı oğulları var. Hazırkı nişanlısı isə onun sabiq mətbuat katibi olub. Onlar 2009-cu ildən bəri görüşürlər.
Şokoladın hamısı şirin olmur, bəzən acılarına da rast gəlmək olur...
Fuad Borçalı
O.M.