
Valeriy Meladze jurnalı məhkəməyə verdi
Tanınmış müğənni və prodüser Valeriy Meladze Moskvanın Savelevsk məhkəməsinə şərəf və ləyaqətin qorunması iddiası ilə müraciət edib. O, "Звезды и советы (Ulduzlar və məsləhətlər)" jurnalından 15 milyon rubl (təxminən 500 min manat) təzminat istəyir. Məhkəmənin mətbuat katibinə istinadən məlumat yayan İnterfax xəbər agentliyi bildirir ki, müğənni jurnalın təsisçisinə qarşı 2 iddia ilə çıxış edib. Hakimin qərarı ilə ilk məhkəmə dinləməsi 22 dekabra planlaşdırılıb.
Xatırladaq ki, müğənnini barəsində yazılan tənqidi xarakterli silsilə məqalələr narahat edir: "Valeriy Meladze sevgi üçbucağında dolaşaraq içməyə başladı", "Bədbəxtliyin sonu görünmür", "Əvvəlcə sevgisini, sonra sağlamlığını, indi isə pulunu itirdi".
Şou biznes əhli nədənsə şərəf və ləyaqətini məhkəmələrdə axtarır...
Sərvər Aslanov
O.M.