Gülnarə Məmmədovanın boşanmasının sirri bəlli oldu

Gülnarə Məmmədovanın boşanmasının sirri bəlli oldu

15 Dekabr 2011 15:32
Bəyəndim (0) Bəyənmədim (0)
Keçmiş aparıcı yenidən ANS-də aparıcılıq edəcək

İllərdir ANS telekanalında müxtəlif verilişlərin aparıcısı olmuş Gülnarə Məmmədovanın boşanması xəbəri ildırım sürətilə yayılıb. O, ilk əvvəl boşanmasının səbəbini açıqlamasa da, bu gün nəhayət ki, etirafını etdi! Sən demə, aparıcının ailəsində qalmaqalların yaranması maddi sıxıntı ucbatından baş veribmiş. Bundan başqa, valideynlər də gənc ailənin işlərinə qarışıbmış. Bütün bunlardan təngə gələn Gülnarə sonda boşanmağa qərar verməli olub.

Xatırladaq ki, G.Məmmədova 2007-ci ildə 27 yaşında ikən elə ANS telekanalında çalışan bir şəxslə ailə qurmuşdu. Uç il yarım ömür sürən ailə hazırda dağılıb. Bir müddət depressiyaya düşən aparıcı bir aydır ki, özünə gəlib. Tezliklə Gülnarə yenidən efirlərdə görünəcək. Deyilənə görə, o, elə köhnə evində - ANS telekanalında səhər verilişinin aparıcısı olacaq. Daha doğrusu, səhər saatlarında məhz qadınların problemlərini çözməyə həsr olunacaq verilişə aparıcılıq edəcək.

Məsləhət vermək hər zaman asan olur...

Könül Aypara

O.M.