
Arzum: "Mən ərə getməmişəm!"
Əgər xatırlayırsınızsa, yay aylarında müğənni Arzumun nişanlanması haqda mediaya məlumat daxil olmuşdu. Bu günlərdə isə internet şəbəkələrində onun gəlinlikdə çəkdirdiyi şəkillər yayılıb. Çoxları Arzumun gizli şəkildə ailə qurduğunu düşünür, bəziləri isə bu şəkillərin çoxdan çəkildiyini vurğulayır. Bu məsələyə aydınlıq gətirməkdən ötrü müğənninin özü ilə telefon əlaqəsi yaratdıq. Məlum oldu ki, şəkillərdəki gəlinliyi Arzum Yeni il çəkilişləri ilə əlaqədar geyinməli olub. O ki qaldı nişan məsələsinə, "hələlik belə söhbət yoxdur, kim yayıb, bilmirəm. Mən nə nişanlanmışam, nə də ərdə olmamışam. Subay qızam", - deyə açıqlama verən müğənni "Eurovision-2012" müsabiqəsinə qatılmamasının səbəbini yaradıcılığı ilə əlaqələndirdi.
Müğənni medianın nişanına alınsa da, nişanlanmadı...
Könül Aypara
O.M.