
İlhamə Qasımova Xulio İqlesiasın oğlu ilə duet oxudu
"Yeni ulduz" müsabiqəsini qalibi olmuş İlhamə Qasımovanın klipinin Avropa telekanallarında yayımlanmasından yəqin ki, xəbərdarsınız. Bəs onun dünya şöhrətli Xulio İqlesiasın oğlu ilə duetindən necə? Doğrudur, tərəf müqabili Enriki deyil, amma Xulionun kiçik oğlu Cunior da latın Amerika ölkələrində yetərincə tanınıb. Bundan başqa, İlhamə Avropa ölkələrinin müğənnilərinin reytinqində 19-cu yerə layiq görülüb. Hələ bu harasıdır? O, tezliklə Avropa turnesinə də hazırlaşır. Bir sözlə, İ.Qasımova Avropa ölkələrini fəth etməkdədir.
""Aygün Şükürova mənim ən yaxın rəfiqəmdir. Onun da gözəl səs tembri var. Nədənsə sənətinə ara verdi. Türkiyədən yaxşı təkliflər gəlmişdi ona, o isə hələ fikirləşir. Türkiyənin Opera və Balet teatrından ona təklif gəlmişdi ki, gəlib orada çalışsın, daha doğrusu, solist olsun, amma hələ bir qərar verməyib", - deyə jurnalistlərə açıqlama verən İlhamə özünün daim axtarışda olduğunu bildirir: "Bir ayağım Almaniyada, xarici ölkələrdədir. Ailəm, yoldaşım üçün çox darıxıram. Ancaq uğur əldə etmək üçün dözməliyəm. Yaxşı pul qazanacağam, ilk öncə qurban kəsəcəyəm ki, bu cür qalibiyyət verilib mənə. Sonra isə pullarımı yığıb saxlayacağam, qocalanda lazım olacaq".
Cəmi 7 hərfi olan musiqi yalnız istedadlı müğənnilərin ifasında zəngin səslənir...
Könül Aypara
O.M.