Rəqqasə Fatimənin maşını yandı

Rəqqasə Fatimənin maşını yandı

8 Dekabr 2011 12:01
Bəyəndim (0) Bəyənmədim (0)
Rəqqasə xəsarət almadı

Bakıda bu gün saat 11:30 radələrində "Hyatt Regency" hotelinin yaxınlığındakı körpünün üstündə maşın yanıb. Rəqqasə Fatimənin idarə etdiyi "Lexus" markalı 10 BC 500 dövlət nömrə nişanlı avtomobil qəflətən alışıb. Hadisə yerində yanğınsöndürənlər cəlb edilib və yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, rəqqasənin maşınına ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

O.M.