Özünə güvənənlər, xəyallarınızı gerçəkləşdirin

Özünə güvənənlər, xəyallarınızı gerçəkləşdirin

7 Dekabr 2011 01:39
Bəyəndim (0) Bəyənmədim (0)

Lider televiziya kanalında yeni bir veriliş hazırlanır. "Xəyallarınızı gerçəkləşdirin" adlı layihə yaraşıqlı oğlanların və gözəl qızların axtarışında olacaq. Verilişin müəllifi və rəhbəri Cengiz Aşkın bildirir ki, hazırda 17-25 yaşlı gənclərin kastinqi (seçimi) keçirilir. Özünə, zahiri və daxili gözəlliyinə inanan hər kəs seçim turlarına qoşula bilər. Təşkilatçı onu da əlavə etdi ki, yarışma xarakterli verilişin aparıcısı Diana adlı xanım olacaq. Verilişin qonaqları qismində əcnəbi səhnə ulduzları ölkəmizə səfər edəcəklər.

Verilişdə yarışmaçı qismində iştirak etmək istəyənlər daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrəsinə zəng vura bilərlər:

051-559-73-18

O.M.