
Kərim ikinci həyat yoldaşından razılıq edir
Geyim tərzindən razılıq edən, özünü dəbi təqib edənlərdən biri sayan Kərim şəxsi həyatından razılıq edir. "Bu çox gözəl hiss imiş. Harasa gedəndə, hardansa gələndə, gecikəndə kiminsə sənin yolunu gözlədiyini bilmək xoşbəxtlikdir. Mən ikinci dəfə ailə qurmuşam və yalnız indi bu hissləri duyuram. Gənclərə tövsiyəm budur ki, ailə qurarkən yanlış addım atmasınlar, böyüklərin nəsihətlərinə qulaq assınlar", - deyən Kərim ikinci həyat yoldaşının əsl ev xanımı, əsl dost, sirdaş, şənətə hörmətlə yanaşan qadın olduğunu bildirir və yalnız indi özünü xoşbəxt hesab edir.
Xatırladaq ki, Kərim ilk dəfə prodüser Təranə Səmədova ilə ailə həyatı qurmuş və yaddaqalan qalmaqalla ondan ayrılmışdı. Hazırda Təranə də qeyri-rəsmi qaydada ailə qurub və bir qız övladı var.
Könül Aypara
O.M.