Xumar Qədimovagildə tezliklə toy çalınacaq

Xumar Qədimovagildə tezliklə toy çalınacaq

6 Dekabr 2011 10:18
Bəyəndim (0) Bəyənmədim (0)
Tədbirə Türkiyədən qonaqlar təşrif buyuracaqlar

Şou-biznesdə tezliklə növbəti toy çalınacaq. Xumar Qədimovagildə vur-çatlasın olacaq.

Bəli, Məhərrəmlik ayından sonra sənətçilər bir araya gələrək səhnəmizin kərtənkələsi olan Xumar xanımı təbrik edəcəklər. Düzdür, müğənni xanım yenidən ailə qurmaq barədə düşünmür. O ümumiyyətlə, yaxın gələcəkdə ərə getməyi planlaşdırmayıb. Amma artıq restoran işləri, toy şənliyinin ssenarisi hazırdır. Belə ki, Xumar Qədimova dünyalar qədər sevdiyi bacısı Matanı ərə verməyə hazırlaşır. Deyilənə görə, toy yüksək səviyyədə həyata keçəcək, hətta Türkiyədən bir neçə sənətçi də bizim müğənniyə gözaydınlığı verməyə gələcək.

O ki qaldı bəyə, əldə etdiyimiz məlumata görə, bəy heç də tanınmış şəxs və ya şou-biznes əhlindən deyil. Heç bir qohumluq əlaqələri də yoxdur. O, sadə iş ad adamıdır, Matana da bir könüldən min könülə vurulduğu üçün ona evlənmək təklif edib.

Allah xoşbəxt eləsin! Sağ əli bacısı Xumarın başına!

Könül Aypara

O.M.