
"Sponsorum sevgilimdir, yaşadığım insandır"
Gənc müğənni Məsumə Əliyeva ilə sponsoru haqda söhbət etdik. Müğənni maraqlı açıqlamalar verdi : "mən səmimi xanım müğənniyəm, bir simam, bir əqidəm var. Başqalaşmağı, rola, cildə girməyi bacarmıram. Nə gizlədim, sponsorum var. O, həm də sevgilimdir, yaşadığım insandır. Əgər mən ona bir qadın kimi maraqlı olmasaydım, mənə pullar xərcləməzdi. Maşınımı da sponsorum alıb. Allah ona o qədər pul yetirsin ki, bütün arzularımı çin etsin".
- Birdən sponsorun pulu qurtarsa?..
- O birinci gündən, ilk tanışlığımızdan bilir ki, mən müğənniyəm və sənətimi inkişaf etdirmək üçün mənə mütləq pul lazımdır. Toylarda oxumaqla çox şeylərə nail olmaq mümkün deyil. Maraqlarımız qarşılıqlıdır - mən ona bir xanım kimi, o da mənə həm bir kişi, həm də sponsor kimi gərəklidir. Biz bir-birimizə qırılmaz tellərlə bağlıyıq. Artıq bu bağlılıq ayrılmaz dostluğa çevrilib.
- Digər sponsorlar sizə müraciət edirmi?
- Bir əldə 2-3 qarpız tutmaq olmaz. Allah o bir dənənin canını sağ eləsin. Onun mənə xərclədikləri və xərcləyəcəkləri yetər. Bir də onu deyim ki, azdan qalan, çoxdan da qalar. Gərək həyatda qazandığını əlində möhkəm saxlamağı bacarasan.
Nə deyək, hərə bir cür dolanışığın yolunu tapıb. Bir də axı pul olmasa, hansı ucalmaqdan söhbət gedə bilər. Pullarınız tükənməsin əziz sponsorlar.
Alim Nəbioğlu
O.M.