Feriha rolunun ifaçısı serialdan qovula bilər

Feriha rolunun ifaçısı serialdan qovula bilər

1 Dekabr 2011 01:05
Bəyəndim (0) Bəyənmədim (0)
Aktrisa Hazal Kaya telefonla həddən artıq çox danışdığına görə dəfələrlə çəkiliş meydanında danlanıb

Türkiyə mətbuatı xəbər verir ki, "Böyle Bir Şey Var Mı" televiziya proqramında səsləndirilən iddiaya görə, "Adını Feriha Koydum" serialının baş rol ifaçısı aktrisa Hazal Kaya mobil telefonla həddən artıq çox danışdığı üçün çəkilişlərdə axsamalar baş verir. Sevgilisi Cahit Baha Parsla tez-tez danışan aktrisa artıq həmkarlarının narazılığına səbəb olub. Sonuncu dəfə hovuz çəkilişləri başlayarkən o, yenə də bir neçə dəfə uzun müddətə çəkiliş meydanını tərk etdi. Soyuq havada hovuzda qalan aktyor yoldaşları hər dəfə onu gözləməli oldular. Feriha bir müddət sonra geri qayıdaraq "telefonla danışırdım" deyincə, hamı onun üstünə düşməyə başladı. Hətta filmin rejissoru aktrisaya hədə-qorxu da gəldi. "Ya telefonu birdəfəlik söndürəcəksən, yada çəkiliş meydanından birdəfəlik gedəcəksən" deyən rejissor iddialara görə, "əvəzedilməz insan yoxdur" deməyi də unutmadı.

Adını Feriha qoydular, aktrisa qudurdu...

Fuad Borçalı

O.M.