Ukraynada azərbaycanlı mafioz qrup rəhbəri həbs edilib

Ukraynada azərbaycanlı mafioz qrup rəhbəri həbs edilib

23 Fevral 2018 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada mütəşəkkil cinayətkar dəstənin liderlərindən biri olan azərbaycanlı saxlanılıb.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) mətbuat xidməti məlumat yayıb.

Həmin şəxs ağır və xüsusilə ağır cinayətlərdə, konret olaraq, soyğunçuluq məqsədilə mütəşəkkil qruplaşmanın tərkibində silahlı hücumda təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. Ukrayna Təhlükəsizlik Xidməti onun mərkəzi vilayətlərin birində, kiçik qəsəbədə gizləndiyini müəyyənləşdirib. Keçirilən əməliyyatla o, saxlanılıb.

Hazırda adı açıqlanmayan həmin şəxsin Azərbaycana ekstradisiyası məsələsi həll olunur.APA