Afaq Aslan türk müğənnidən oğruluq edib

Afaq Aslan türk müğənnidən oğruluq edib

9 Fevral 2018 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyəli müğənni Ece Seçkin azərbaycanlı müğənni Afaq Aslanı sosial mediada ifşa edib.

Seçkin 2015-ci ildə yayımlanan "Follow Me" mahnısının sözlərinin dəyişdirilərək oğurlandığını bildirib.

Türkiyəli müğənni "Twitter" hesabından "Etdiyiniz əməyə hörmətsizlikdir. İcazə almadan mahnını başqasınınmış kimi yayınlayıb klip çəkmisiniz" deyərək mahnının bəstəkarı Kamal Şimşəkqayaya müraciət edib və "Sən məhkəməyə verəcəksən, ya mən edim?" sualını ünvanlayıb.

Ülkər\Qaynarinfo