Mustafa Ceceli Çinarə ilə klip çəkdirəcək

Mustafa Ceceli Çinarə ilə klip çəkdirəcək

15 Yanvar 2018 13:57
Bəyəndim (0) Bəyənmədim (0)

Çinarə Məlikzadə türkiyəli müğənni Mustafa Ceceli ilə klip çəkdirəcək.

Milli.Az xəbər verir ki, Mustafa Ceceli klip çəkilişləri üçün Bakıya gəlib. Bu barədə sənətçilər İnstaqram hesablarında bildirib. Mustafa Ceceli duet ortağı haqqında bunları yazıb:

"14 fevralda möhtəşəm səsi ilə Çinarə Məlikzadə "Vurulmuşam bir yara" deyərək Bostancı konsert salonunu çoşduracaq. Onunla duetimizin klipi və gələcək layihələr haqqında Bakıda söhbət etdik".

Məlumat üçün bildirək ki, "Vurulmuşam bir yara" Ramal İsrafilovun bəstəsidir.(publika.az)