Nadir təyyarədən foto paylaşdı - Tənqid olundu
Azərbaycanın tanınmış müğənnisi Nadir Qafarzadə yenə sosial şəbəkədə müzakirələrə səbəb olan foto paylaşıb.
Mediainfo.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, 46 yaşlı ifaçı Rusiyadan Azərbaycana gələrkən təyyarədə şəkil çəkdirib və rəsmi instaqram hesabında yayımlayıb.
O, sadə olduğunu, bu səbəbdən biznes- klassda uçmadığını bildirib:
"Sadə oğlan xalqın içində! Mən biznes-klassda uça bilərəm. Amma sadəlik gözəllikdir. Mən xaqldan ilhamlanıram".
Nadirin sözügedən paylaşıma yazdığı şərh sosial şəbəkə istifadəçilərin qıcığına səbəb olub. Onlar müğənnini tənqid edərək lovğa olduğunu bildiriblər.
Digər xəbərlər































































































