Müğənni Rəqsanə ağır avtomobil qəzasından sağ çıxdı

Müğənni Rəqsanə ağır avtomobil qəzasından sağ çıxdı

31 Oktyabr 2011 08:55
Bəyəndim (0) Bəyənmədim (0)
Gecə onun avtomobili aşsa da, müğənniyə və maşında olan iki sərnişinə heç nə olmayıb

ANS televiziyasının məlumatına görə, ötən gecə müğənni Rəqsanə İsmayılova yol nəqliyyat hadisəsi törədib. Qəza Bakı-Şamaxı yolunun 61-ci kilometrliyində baş verib. Paytaxt Bakı istiqamətində hərəkət edən və müğənninin sükanı arxasında əyləşdiyi "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə Rəqsanə ilə yanaşı maşında olan iki nəfər sərnişin xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, müğənni Rəqsanə və digər xəsarət alanların vəziyyətləri qənaətbəxş olduğundan onlara lazımı tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Qəza ilə bağlı münasibət öyrənmək istəyən ANS-in çəkiliş qrupunu görən Rəqsanə heç bir şey demədən başqa bir avtomobilə minərək xəstəxanadan uzaqlaşıb. Qəzanın baş vermə səbəbləri baş dövlət yol polis idarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Xatırladaq ki, bu ilin mart ayında da müğənni Rəqsanə ağır yol qəzasına düşmüşdü. Hadisə Heydər Əliyev prospektində müğənninin idarə etdiyi "Mercedes" markalı maşının qarşısına çıxan maşınla toqquşması zamanı baş vermişdi. Həmin qəza nəticəsində isə Rəqsanə xanım ayaqlarından yüngül xəsarət almışdı.

Sürücülük artistlik sevmir...

Sərvər Aslanov

O.M.