İlqarə Kazımovanın atası komendaturadan həbsxanaya qaytarıldı

İlqarə Kazımovanın atası komendaturadan həbsxanaya qaytarıldı

28 Oktyabr 2011 16:15
Bəyəndim (1) Bəyənmədim (1)
İlqar İbrahimov bir müddət əvvəl infarkt keçirib

Xalq artisti Aygün Kazımovanın keçmiş həyat yoldaşı, İlqarənin atası İlqar İbrahimov yenidən həbs olunub. "Qafqazinfo" verdiyi məlumata görə, o, təxminən 4 gün əvvəl müalicə olunduğu 5 saylı Xəstəxanadan 2 Saylı Cəzaçəkmə Müəssisəsinə aparılıb. Məlumatda o da bildirir ki, İ. İbrahimov cəzasının 2/3-ni çəkdiyi üçün bir müddət əvvəl 1/3-lə azad olunub. O, Tağıyev qəsəbəsində yerləşən 6 saylı Xüsusi Tipli Cəzaçəkmə Müəssisəsində (komendatura) qeydiyyatda olub. Məlumatda qeyd olunur ki, İ. İbrahimov bir müddət əvvəl infarkt keçiribmiş və 5 Nömrəli Xəstəxanada müalicə olunurmuş. Penitensiar Xidmətin əməkdaşları onun həbs olunmasına heç bir səbəb göstərməyiblər. Sadəcə bildiriblər ki, Xüsusi Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi onlara belə bir tapşırıq verib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətindən bildirilir ki, bu barədə onlar heç bir açıqlama verə bilməzlər: "Məhkumun yerinin dəyişdirilməsi ilə bağlı məsələlər yalnız onların razılığı ilə ola bilər". Mətbuat xidmətindən o da bildirilib ki, Xüsusi Tipli Cəzaçəkmə Müəssisəsində olan məhkum Cəzaçəkmə Müəssisəsinə o halda aparılır ki, o islah olunmur və qəsdən rejim qaydalarını pozur: "Bütün bu proseslər isə məhkəmə qərarları ilə həyata keçirilir".

Dustaqlar da bizi dəmir barmaqlıqlar arxasında görürlər...

Sərvər Aslanov

O.M.