Həkimlər Məryəm Süleymanovanı aldatdılar

Həkimlər Məryəm Süleymanovanı aldatdılar

18 Aprel 2011 14:00
Bəyəndim (0) Bəyənmədim (0)
Rəqqasə ana olmağa hazırlaşır

Rəqqasə Məryəm Süleymanova haqda yeniliklərimiz var. Belə ki, ikinci evliliyini yaşayan, hal-hazırda özünü dünyanın xoşbəxti hesab edən rəqqasəmiz hamiləlik həyatını yaşayır. USM aparatı vasitəsilə bətnindəki körpənin əvvəlcə oğlan olduğunu öyrənən gənc ailənin sevincinin həddi-hüdudu olmayıb. Amma bu sevincin ömrü qısa olub. Təkrar yoxlama zamanı körpənin qız olduğu müəyyən edilib.

Bu xəbər Məryəmin həyat yoldaşı İlkinin ürəyincə olmayıb. "İlkin oğlan gözləyirdi, mənim üçünsə fərqi yox idi. Sonradan bildik ki, uşaq qızdır. Bəlkə də bununla kifayətlənəcəkdim. Amma İlkinin arzusunu ürəyində qoya bilmərəm, bir oğlumuz da olmalıdır", - deyən rəqqasə xanım oğlan uşağı üçün aldığı geyimləri qoruyub saxlayacağını da sözlərinə əlavə etdi.

Cənnət anaların ayaqları altındadır. Ana isə ilk növbədə qadındır.

Könül Aypara

O.M.