Acunun arvadına görə 3 qadın tutuldu
Acun Ilıcalı ilə bir müddət əvvəl evlənən Şeyma Subaşının başına iş gəlib. "Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Subaşını sosial mediada təhqir edən, montaj olunmuş videolarını yayan 3 xanım polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı 15 nəfərin kimliyi də məlum olub və axtarışa verilib. İstanbul Prokurorluğu açdığı cinayət işindən sonra Mersində əməliyyat keçirib. Əməliyyat zamanı Yeşim. N və İlknur. R adlı xanımlar polis tərəfindən nəzarətə götürülüb. Yeşim. N dəlilləri məhv etmək üçün notbukunu sındırmağa çalışsa da, buna nail ola bilməyib. Bundan sonra, digər bir xanım da həbs edilib.
Həmçinin, Canan . K adlı şəxsin bir müddət əvvəl xaricə qaçdığı məlum olub. O, Interpol vasitəsiylə axtarışa verilib.
Digər xəbərlər






































.jpg)
.jpg)






.jpg)






















.jpg)

























