"Oğlum daha atasını soruşmur" - Günay

"Oğlum daha atasını soruşmur" - Günay

7 Noyabr 2017 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Antalyadakı moda dəfiləsindən sonra jurnalistlərin sualalrını cavablandırıb.

Axşam.az-ın Türkiyə mediasına isitnadən məlumatına görə, model keçmiş aktyor əri Tolqa Karelin oğlu Cihangirlə maraqlanmamasından şikayət edib:

"Oğlum daha atasını soruşmur. Tolqa aylıq 500 lirə (təxminən 250 manat) alimenti belə vermir. Cihangiri arayıb-axtarmır. Çox çətin günlər keçirdim. Bunların günahkarı Tolqadır".

Günay "Yenidən ailə qurmağı düşünürsünüz" sualına "Doğru vaxtda düzgün insan rastıma çıxsa, niyə də olmasın" cavabını verib.

Qeyd edək ki, Günayla Tolqa 2011-ci ildə ailə qurub, 2015-ci ildə boşanıblar. T.Karel hazırda amerikalı model Sarah Skotti ilə ailəlidir. Cütlüyün bir qızı var.