Samir Cavadzadə 8 il həbs cəzası ala bilər

Samir Cavadzadə 8 il həbs cəzası ala bilər

22 Oktyabr 2011 19:41
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənninin otaq yoldaşını bıçaqlaması faktı üzrə cinayət işi başlanıb

Azərbaycanın "Eurovision-2008" təmsilçisi Samir Cavadzadənin otaq yoldaşını bıçaqlaması faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Nəsimi Rayon Polis İdarəsi məlumat yayıb. Məlumata görə, baş vermiş hadisə ilə bağlı təkrar ekspertiza keçirilib. Ekspertin rəyinə görə, S. Cavadzadə tərəfindən bıçaqlanan Elvin Hüseynovun xəsarəti ağır qiymətləndirib. Baş vermiş hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Başlanmış cinayət işi ilə əlaqədar S. Cavadzadənin barəsində həbs qətimkan tədbirinin seçilməsi də istisna edilmir. İstintaq başa çatdıqdan sonra məhkəmə S. Cavadzadənin törətmiş olduğu cinayəti sübuta yetirəcəyi təqdirdə onu üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xatırladaq ki, bıçaqlanma hadisəsi sentyabrın 20-də Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan fotoqraf Elvin Hüseynov otaq yoldaşı Samir Cavadzadə tərəfindən bıçaqlanıb.

Şou biznesdə yeni dəb yaranıb - kriminal piar...

Hafiz Əhmədov

O.M.