Aygün Bəylər haqda gəzən xəbər şayiədir

Aygün Bəylər haqda gəzən xəbər şayiədir

21 Oktyabr 2011 18:54
Bəyəndim (0) Bəyənmədim (0)
Xalq artisti Azərbaycanı tərk etmək niyyətində deyil

Son zamanlar belə bir şayiə yayılıb ki, guya xalq artisti Aygün Bəylər Azərbaycanı tərk etmək fikrindədir. İddiaya görə, xarici ölkəyə üz tutmaq niyyətində olan sənətçinin inciməsinə səbəb onun küsməsidir.

Ciddi cəhdlərimizə baxmayaraq, Aygün Hümbətovanın özü ilə əlaqə saxlamaq mümkün olmadı. Bununla belə, adının açıqlanmasını istəməyən etibarlı mənbədən aldığımız məlumata görə, bu xəbər yanlışdır. Belə ki, müğənni xarici ölkəyə həyat yoldaşının yanına getməyə hazırlaşır. Ümumiyyətlə, A.Bəylərin vətəndən uzaqlaşmasına heç bir səbəb yoxdur. "Adətən, buralardan uzaqlaşmağı qarşısına məqsəd qoyanlar hökumətdən inciyənlər olur. Aygünün isə buna haqqı yoxdur. Sənətdə bir-birinin ardınca yüksək zirvələri fəth edən müğənni axı kimdən, nədən inciyə bilər ki? Hazırda onun yerində olmaq istəyən həmkarlarının sayı həddindən artıq çoxdur", - deyə mənbə açıqlama verdi.

Gəzməyə qərib ölkə, yaşamağa vətən yaxşı...

Könül Aypara

O.M.