VİDEO-Ququş Firuzə İbadovanın klipini və ifasını bəyəndi

VİDEO-Ququş Firuzə İbadovanın klipini və ifasını bəyəndi

21 Oktyabr 2011 11:17
Bəyəndim (0) Bəyənmədim (0)
Əməkdar artist məşhur "Uzun gecə"yə klip çəkdirdi

10 ildir klip çəkdirməyən əməkdar artist Firuzə İbadova da klip çəkdirdi. ANS PRESS-in məlumatına görə, müğənni klipi illər öncə Azərbaycanda çox məşhur olan "Uzun gecə" filminin sountrekinə çəkdirib. Klipi rejissor Nail Naiboğlu ekranlaşdırıb. Klipdə əslən azərbaycanlı olan dünya şöhrətli müğənni Ququşun baş rolda çəkildiyi "Uzun gecə" filminin kadrlarından istifadə olunub. Klipin operatoru Elçin Abbasov, prodüseri Pərviz Oqtayoğludur. Klipin montaj işi Elnar Haşımova aiddir.

Klipin rejissoru son işi haqqında bunları dedi: ""Uzun gecə" filmi mənim məktəb illərimin xatirələridir. Yadımdadır, bu film o dövrün ən səs-küylü filmi idi. Afişalarda belə yazırdılar: "16 yaşadək uşaqlar seansa buraxılmır. Biz də evimizin yanındakı Yay kinoteatrına gedib gizlincə uzaqdan baxırdıq. Bu film sevdiyim filmlərdəndi.Çünki əsl sevgi melodramıdır. Firuzə xanımdan bu təklifi alanda sevə-sevə razılaşdım. Bu klip məni uşaqlıq illərimə qaytardı. Klipi yenicə hazır olub. Hətta seyr etmək üçün internet vasitəsilə Ququşa da təqdim etmişik. Əfsanəvi müğənni həm klipdən, həm də Firuzə xanımın ifasından məmnun qaldığını yazır."

"Uzun gecə" uzun gecələr idi ki, xatirələrdən silinmişdi...

Könül Aypara

O.M.