
Nura Suri eks ərindən 150 min manat təzminat istədi
Bakının Binəqədi rayon məhkəməsində keçirilən Suri Əlirza Məhəmməd oğlunun Aynurə Qəzənfər qızına (müğənni Nura Suri) qarşı şərəf və ləyaqətinin müdafiəsi barədə mülki iş üzrə qapalı məhkəmə iclası keçirilib. Suri Əlirzanın vəkili Telman Qasımovun açıqlamasına görə, Aynurə Qəzənfər qızının nümayəndəsi məhkəməyə iki iddia ərizəsi təqdim edib:
"Birinci iddia mənimlə bağlı oldu. Aynurə Qəzənfər qızının nümayəndəsi
mənim barəmdə tədbir görülməsi üçün məhkəməyə vəsatət təqdim edib. Onlar iddia
etdilər ki, mən məhkəmənin qapalı keçirilməsi barədə məhkəmə qərarlarını
pozaraq mətbuatda məlumatlar yaymışam. Bu iddia məhkəmə tərəfindən rədd edildi.
Bundan sonra, Aynurə Qəzənfər qızının nümayəndəsi müştərisinin şərəf və
ləyaqətinin müdafiəsi ilə əlaqədar qarşılıqlı iddia ərizəsi təqdim etdi. Aynurə
Qəzənfər qızı həmin iddia ərizəsində Suri Əlirzanın sentyabrın 1-2-də mətbuatda
yayımladığı müraciəti ilə bağlı ona küllü miqdarda maddi və mənəvi ziyan
dəydiyini göstərmişdi. Və bununla bağlı ona dəymiş maddi ziyana görə Suri
Əlirzadan 100.000 manat, mənəvi ziyana görə isə 50.000 manat pul tələb edir.
Məhkəmə qarşılıqlı iddia ərizəsini icraata qəbul etdi. Hesab edirəm ki, növbəti
məhkəmə iclaslarında məhkəmə araşdırması başlayacaq".
Adını unutduğum mütəfəkkirlərdən biri demişdir: "Dünyada hər şey və hamı alınıb-satılır. Əgər razılığa gəlinmirsə, deməli, qiymət aşağı deyilib".
Könül Aypara
O.M.