"Uşaq kimi qəlbim var" - 32 yaşlı Günel

"Uşaq kimi qəlbim var" - 32 yaşlı Günel

25 Oktyabr 2017 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalovanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, sənətçi təəssüratlarını sosial şəbəkədə bölüşüb:

"Allahıma şükür ki, atam, anam, qardaşım və bacımın olduğu möhtəşəm ailəm var. Doğulanda insan ailəsini seçə bilmir. İndi ona görə Allahıma şükür edirəm, nə yaxşı sizin övladınız olmuşam. Musiqiçi ailəsinin içində böyümüşəm. 3 yaşımda böyüdüyümdə kim olacağıma qərar vermişəm.

Damarımda musiqi qanı axır, Allahım mənə gözəl səs verib. 32 yaşı geridə qoydum. Amma hələ də uşaq kimi qəlbim var".