Yoldaşımın telefonu koddadır" - Nüşabə Ələsgərli
Əməkdar artist Nüşabə Ələsgərli həyat yoldaşının telefon kodunu bilmədiyini etiraf edib.
Axşam.az-ın məlumatına görə, müğənni bunu xəyanət mövzusunun müzakirə edildiyi "Hər şey daxil" verilişində deyib:
"Mənim heç telefonumun kodu yoxdur. Bütün gün ortalıqdadır. Amma yoldaşımın telefonu koddadır. Kod nə üçündür ki? Gərək mütləq onu öyrənim".
Aparıcılar Sevil-Sevinc bacılarının "Olubmu ki, həyat yoldaşınızla bir-birinizə diqqət ayırmayasınız" sualına belə cavab verib:
"Çox olub. Xüsusilə, axır vaxtlar mənim həyatımda baş verən problemlərə görə onu çox diqqətsiz qoydum. Diqqətsiz qalanda nə edib-nə etməyib deyə bilmərəm (gülür). Amma hər halda ona təşəkkür edirəm ki, nəzəri hər zaman mənim üstümdə olub. Məni heç vaxt diqqətsiz qoymayıb".
Qeyd edək ki, Nüşabə Əlsəgərli 2010-cu ildə Rza adlı cənubi azərbaycanlı ilə ailə qurub. Bu, müğənninin ikinci evliliyidir.







































.jpg)
.jpg)






.jpg)






















.jpg)

























