Elşad Xose “Maşın”dan getdi

Elşad Xose “Maşın”dan getdi

21 Oktyabr 2017 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

"Maşın" şounun sonuncu yayımında yarışmanı tərk edən iştirakçı elşad Xose olub.

"Qafqazinfo" xəbər verir ki, iştirakçılar səsverməyə Vüsalə Kərimovanı çıxarıblar. Tamaşaçılardan səs istəyən Vüsalə Kərimova hədəfini açıqlamayıb və bunu verilişin sonunda elan edib.

Sonda 51,57 faiz tamaşaçı onun qalmasına, 48,43 faiz tamaşaçı isə getməsinə səs verib. Vüsalə isə Elşad Xoseni seçib: "Mən burada ustad dərsi keçmək istəyən Elşad Xoseni bura dəvət edirəm və Mehriban xanıma salam göndərirəm".