
Emin Ağalarov “Gremmy” mükafatına namizəddir
Müğənni bir ilkə imza atmış olacaq
Rusiyada yaşayan Azərbaycanlı müğənni Emin Ağalarovun internet saytında qeyd olunur ki, tanınmış müğənni və bəstəkar Emin Ağalarov məşhur "Gremmy" mükafatına namizəddir. E. Ağalarovun namizədliyi bu mükafata "Ən yaxşı debüt" nominasiyası üzrə irəli sürülüb. Azərbaycanlı müğənninin bu mükafata namizədliyi Amerikanın tanınmış kinorejissoru və musiqiçisi Devid Linç tərəfindən təklif olunub. Qeyd edək ki, Emin Ağalarov bu mükafata layiq görülsə, Azərbaycan tarixində bir ilkə imza atmış olacaq.
Musiqi yeddi kəlmədən ibarət olan vahid bir dildir. Onu dünyada hamı anlayır...
Sərvər Aslanov
O.M.
Digər xəbərlər