"Hanımın çiftliyi"nin Kemalı evlənir

"Hanımın çiftliyi"nin Kemalı evlənir

17 Oktyabr 2011 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

"Hanımın çiftliyi" serialından Kemal kimi tanınan Caner Cindoruk iranlı rejissorun təklifini qəbul etdi və filmə çəkildi. Bəhmən Qobadi aktyora "Gərgədanlar mövsümü" filmini təklif etdi. Təklifi qəbul edən aktyor filmdə Monika Belluçi ilə birlikdə rol aldı.

Araya bir də Filiz Alpgezmenin "Yabancı" filmini də sığdıran Caner bir ildə iki filmə imza atdı. İndi kino festivallarında ön sıralarda olacağına ümid edir. Boş vaxtlarını ssenarist atası ilə keçirən, gitara çalan, arxa küçələrdə gəzişən aktyor sevgilisi aktrisa ("Hanımın çiftliyi"nin Halidesi) Ebru Özkanı da yaddan çıxartmır. Onun sözlərinə görə, cütlük yaxın gələcəkdə münasibətlərini rəsmiləşdirəcək.

Günel Həbib

O.M.