"Həyatımda biznesmen olmayıb" - Tünzalə
"Şəxsi sponsorum olmayıb. Yalçın (prodüser Yalçın Cabbarov - red.) mənim həyatımda biznesmen olmayıb. Hər zaman sərmayəçilər tapıb".
Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Tünzalə Ağayeva "ATV maqazin onlarla" verilişində deyib.
Müğənni sənət adamlarının sponsorlarından danışıb:
"Bir sənətkarı o qədər sevməlisən ki, hər şeyini qurban verməlisən. Maddi və mənəviyyatını onun uğurları üçün sərf edirsən. Bunu dünyanın bütün ulduzları yaşayır. Məşhur memarlıq abidələrinə çevrilən opera binaları var. Bu, bir divanın xatirinə tikilib. Buna da sponsor deyilir. Milyonçu onun şərəfinə tikdirib, amma şəxsən ondan heç nə istəməyib. Şəxsi sevgisi olub, deyib, uğruna şəhər tikərəm. Hər müğənninin, aktrisanın, pop-divanın bir taleyi var.
Hər qadın öz hekayəsini danışmalıdır. Hər birimizin həyatında kimlərsə əlimizdən tutub, yardım edib. Biri sona kimi gedib, digəri yarımçıq buraxıb. Özümdən sonra kitab yazacam. Vaxtı gələndə nələrsə danışacam. Görsəm ki, təqaüd vaxtımda aktuallığım itir, hər şeyi etirafe dəcəm (gülür)".







































.jpg)
.jpg)






.jpg)






















.jpg)
























