"Eurovision 2012"də Türkiyəni o təmsil edəcək

"Eurovision 2012"də Türkiyəni o təmsil edəcək

17 Oktyabr 2011 13:19
Bəyəndim (0) Bəyənmədim (0)
İddialar doğrudurmu?

Türk saytlarına istinadən verdiyimiz məlumata görə, bu il qonşu ölkəni "Eurovision 2012"də məşhur müğənni Atiye Deniz təmsil edəcək. Düzdür, bu məlumat hələ ki, rəsmi şəkildə açıqlanmasa da, sağlam qaynaqlar məhz bunu deyir. Ötən il "TRT" Atiyedən uzaq dursa da, nədənsə bu il məhz onun üzərində dayanmaq qərarına gəlib. O ki qaldı müğənniyə, ekranlardakı performansından görünür ki, bu xanım Türkiyəni Azərbaycanda yetərincə və layiqincə təqdim edə biləcək.

Nəyin doğru, nəyin yanlış olduğuna isə təbii ki, zaman qərar verəcək. Bizə isə gözləmək qalır. Odur ki, hamılıqla gözləyirik!

Günel Həbib

O.M.