Arda dostunun keçmiş sevgilisi ilə birlikdədir

Arda dostunun keçmiş sevgilisi ilə birlikdədir

26 Sentyabr 2017 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

"Barselona"lı futbolçu Arda Turan 2 illik sevgilisi Aslıhan Doğan ayrıldıqdan sonra özünə yeni sevgili tapıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçu model Özge Ulusoyla eşq yaşamağa başlayıb. Cütlük sentyabrın 23-də gecə klubunda birlikdə əylənib. Özge milyonçu sevgilisi Hacı Sabancıdan 3 ay əvvəl ayrılıb.

Arda-Özge münasibətində maraqlı məqam odur ki, model vaxtilə Turanın ortağı olan və hazırda da dostluğu davam edən alış-veriş saytlarından birinin rəhbəri Hakan Başın sevgilisi olub. Ö.Ulusoy A.Turanla sevgili olması xəbərlərinə hələlik heç bir münasibət bildirməyib.