"Toy sahibinə hörmətsizlik edib..." - Meyxanaçı Samirə toyda adam döyən Rəşad haqda

"Toy sahibinə hörmətsizlik edib..." - Meyxanaçı Samirə toyda adam döyən Rəşad haqda

19 Sentyabr 2017 17:30
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı ilə Nicat Mənalı arasında toyda dava düşüb.

Aralarında baş verən qalmaqala görə toyu yarımçıq tərk edən meyxanaçıların bu hərəkətinə həmkarları da münasibət bildirib.

BiG.AZ-a açıqlama verən meyxanaçı Samirə Yusifqızı həmkarına hücum çəkən Rəşad Dağlıya haqq qazandırmayıb . O bildirib ki, meyxanaçıların dava etməsi toy sahibinə hörmətsizlikdir:

"Toyda belə hallar çox olur. Mənim də sözümü kəsiblər. Dava etməməli idilər. Sözünüz düz gəlmirsə toydan sonra həll edin. Rəşad Dağlının Nicata hücum etməsinə inanmağım gəlmir. Çünki Rəşad mədəni oğlandır".