Boşanmaq ona yaradı, milyonlar qazandı

Boşanmaq ona yaradı, milyonlar qazandı

12 Oktyabr 2011 11:56
Bəyəndim (0) Bəyənmədim (0)
J.Lo sərvətinə sərvət qatdı

Cenifer Lopez ərindən boşanacağını açıqladıqdan sonra karyerasında sürətlə pikə doğru irəliləməyə başladı. Gözəl müğənni qatıldığı proqramlardan, klip və reklamlardan əldə etdiyi gəlirlə sərvətinə sərvət qatdı. O, 'American Idol' adlı yarışmanın münsif heyətində əyləşərək 20 milyon dolları bank hesabına yatıra bildi. 2012-ci ildə təqdim olunacaq 'Expect When You Are Expecting' və 'Parker' adlı filmlərdən J.Lo 30 milyon dollar qazandı. Dünya şöhrətli ulduz " Fiat"ın da üzü oldu. O, "Pappi" adlı klipində də bu markanı təqdim etməklə 10 milyon qazandı. Zinət brendi "Tous" ilə masaya oturan qəhrəmanımız bu dəfə də milyonlardan aşağı enmədi. Onun geyim tərzi də pula çevrildi. "Kohl" isimli marka bu dəfə Ceniferə müraciət etdi. Dəqiq rəqəm açıqlanmasa da, tərəflər arasında milyon dollarlıq müqavilə imzalandı.

Günel Həbib

O.M.