
Samir Cavadzadə bıçaqladığı dostu ilə barışdı
"Eurovision 2008" təmsilçimiz Samir Cavadzadənin dostu Elvin Hüseynovu bıçaqlaması barədə işə demək olar ki, nöqtə qoyulub. Nəsimi Rayon Polis İdarəsində tərəflər arasında barışıq əldə edilib. E.Hüseynov Samir Cavadzadəyə qarşı şikayət ərizəsi verməkdən imtina edib. Buna uyğun olaraq cinayət təhqiqatı dayandırılıb. "Bu, tərəflərin barışması ilə bağlı edilib".
Xatırladaq ki, bıçaqlanma hadisəsi sentyabrın 20-də Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında qeydə alınmışdı. Həmin ünvanda yaşayan Elvin Hüseynov otaq yoldaşı Samir Cavadzadə tərəfindən bıçaqlanmışdı.
Günel Həbib
O.M.
Digər xəbərlər