
Sevda Y.: "Sürmə çəkdim gözümə, düşdüm çölün düzünə..."
Məşhur Azərbaycan cizgi filmi "Tıq-tıq xanım"ın sound-trekini repertuarına daxil edən müğənni Sevda Yəhyayeva mahnıya klip çəkdirib. Mahnını ekranlaşdıran rejissor Nail Naiboğlunun verdiyi məlumata görə, müğənni klipdə 3 obrazda çəkilib: "Tamaşaçılar Sevdanı bu klipdə 3 obrazda görəcəklər. Bunlardan biri mahnıya uyğun olaraq "Tıq-tıq" xanım obrazıdır, digəri "Qlamur müğənni" Sevda Yəhyayeva, üçüncüsü isə adi həyatdakı Sevdadır".
Müğənninin imici üzərində stilist Elnur Həsənov çalışıb. Çəkilişdə Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində oynayan personajlar rol alıb. Yəhyayevanın tərəf müqabili teatrın aktyoru Rəhim Rəhimov olub.
Xatırladaq ki, 1974-cü ildə çəkilmiş "Tıq-tıq xanım" (Pıspısa xanım) cizgi filminin sound-trekini Azərbaycanın xalq artisti Flora Kərimova ifa edib.
Günel Həbib
O.M.