Anar Nağılbaz, Aygün Kazımova və Tayfur "1 DƏFƏ" mahnısı ilə! - VİDEO

Anar Nağılbaz, Aygün Kazımova və Tayfur "1 DƏFƏ" mahnısı ilə! - VİDEO

4 İyul 2017 13:27
Bəyəndim (0) Bəyənmədim (0)
Üçlük yayın hitini hazırlayıb

26 il öncə Azərbaycanda rep üslubuna öz möhürünü vurmuş Anar Nağılbazdan yenilik əldə etmişik.

Mediainfo.az xəbər verir ki, indi o, daha fərqli bir tərzdə tamaşaçılarının görüşünə gəlməyə hazırlaşır. Özü də yayın hiti ilə! Belə ki, Anar bu dəfə yeni ulduz müğənni TAFURla birgə ərsəyə gətirdiyi layihəsini üzə çıxaracaq.

Tafur Azərbaycan xalq artisti, vokal ifaçı Mobil Əhmədovun və Tamilla Axundovanın tələbəsi olub. Milli Konservatoriyada Ofeliya xanımdan estrada vokalı üzrə dərs alıb. Bir neçə sənətkarların xeyir-duasını alan Tafur "Azərbaycan" adlı mahnının musiqisini və sözlərini bəstələyib. AMK-nın rektoru Siyavuş Kəriminin xeyir-duasını aldıqdan sonra bu mahnını ifa edib.

Xalq artisti, bəstəkər Eldar Mansurov iki ("Boş ver" və "Sevdim" ) mahnısını ona hədiyyə edib. Azərbaycan Xalq artisti Flora Kərimova tərəfindən Tafurun "Doymuram" adlı bəstəsi bəyənilib və yaxında duet şəklində səsləndiriləcək.

Onu da qeyd edək ki, Tafurun əsas ixtisası pilotdur, hal-hazırda təcrübə uçuşlarına təyinat gözləyir və yaxın zamanda Azərbaycan Hava Yollarının əməkdaşı olacaq.

P.S. Maraqlısı budur ki, Anar Nağılbaz və Tafurun birgə əməyindən ərsəyə gələn "1dəfə" mahnısında xalq artisti, Aygün Kazımovanın da ifası var. O, bek vocal (arxa səs) ifası ilə "1dəfə"yə gözəllik qataraq, gənclərə köməklik göstərib. Əlavə edək ki, avqust ayında mahnıya klip çəkiləcək.

Hazırladı: Könül