Arif Səlimov təzə qrup yaratdı

Arif Səlimov təzə qrup yaratdı

31 May 2017 17:45
Bəyəndim (0) Bəyənmədim (0)

Daim öz yenilikləri ilə bizləri sevindirən bəstəkar-müğənni Arif Səlimov yeni yaradılmış qrupu haqqında bizə xəbər bildirərək dedi: "Son zamanlar yeni qruplar yaranır və uzun müddət keçməmiş dağılırlar. İnanıram ki, yenicə yaranmış bu qrupun müddəti uzun olacaq. Qrupun adı R/R-dir. Qrupun üzvləri Vüsal və Rəhman çox istedadlı gənc müğənnidirlər. Tezliklə sözləri və bəstəsi mənə, yəni Arif Səlimova aid olan "Sevirəm" adlı mahnını ifa edəcəklər. Bundan əlavə sənət müəlliməm olan Şəfiqə xanım Axundovanın bəstələrindən birini də ifa edəcəklər. Bildiyiniz kimi 1 iyun uşaqların bayramıdır. Bu bayram münasibətilə "Dünya" televiziyasının efirində yayımlanan, baxımlılığı ilə yüksək reytinq qazanan, populyar aparıcı və gözəl xanım Əminə Xatunun aparıcı olduğu "Bu sabah" verilişində qonaq olacağam. İlk dəfə R/R qrupunun təqdimatını "Dünya" TV-də "Bu sabah" verilişində edəcəyəm".

P. S: Biz də öz adımızdan dəyərli bəstəkar Arif Səlimova yaradıçılığında uğurlar, yeni-yeni nailiyyətlər arzu edirik.

İsa Rəvan