Rəqsanənin növbəti sevgilisi işsizdir...

Rəqsanənin növbəti sevgilisi işsizdir...

5 Oktyabr 2011 18:35
Bəyəndim (0) Bəyənmədim (0)

Milli.az-ın xəbərinə görə, Rəqsanə İsmayılova növbəti sevgilisini cəmiyyətlə tanış etdi. Faiq adlı bu şəxs nə şou-biznes nümayəndəsidir, nə də tanınmışlardandır. Deyilənə görə, subay oğlan heç bir yerdə işləmir. "Mən 32 il ərzində axtardığımı tapdım!" - deyən müğənni özünü son dərəcə xoşbəxt hiss edir. O ki qaldı sevgilisini üzə çıxarmağına, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Rəqsanə sevgilisinin razılığını aldıqdan sonra onu ictimaiyyətə təqdim etmək qərarına gəlib.

Fırtınadan qabaq nisbi sakitlik olur. Deməli, qalmaqal gözləmək olar...

Könül Aypara

O.M.