Lalə Məmmədova Filarmoniyada konsert verdi
Dünən - 25 may tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əməkdar artist Lalə Məmmədovanın möhtəşəm konserti baş tutdu. Azərbaycan bəstəkarlarının retro mahnılarından ibarət olan konserti Niyazi adına simfonik orkestr ifa etdi.
Al qırmızı libasda əsl lalə gülünü xatırladan Lalə xanım retro mahnıları ilə tamaşaçıları feyziyab etdi. Sənət dostları ilə yanaşı telejurnalist Hacı Nuran, əməkdar artist Rəfael İsgəndərov və bir çox tanınmışlar müğənni xanımı dinləyənlər arasında idilər.
Lalə xanım alqışlarla qarşılanıb, gül-şişəklə yola salındı.
P.S. Adətən may ayının 25-də - "Son Zəng" günü onun məktəblilər üçün "Məktəb illəri" mahnısını ifa etməsinə alışmışdıq. Bu dəfə isə Lalə xanımın avazı Filarmoniyadan gəldi. Və yaxşı ki gəldi. Bu səsin nələrə qadir olduğu bilindi... Uğurlarınız bol olsun.
Hazırladı: Könül AYPARA
Foto: Sevinc İmanova











































.jpg)
.jpg)






.jpg)






















.jpg)




















