Cüt rəqəmlər üzərində qurulacaq toyun sahibəsi kimdir?

Cüt rəqəmlər üzərində qurulacaq toyun sahibəsi kimdir?

5 Oktyabr 2011 14:41
Bəyəndim (0) Bəyənmədim (0)
Günel Zeynalova ərə gedir

Sınayanlar yaxşı bilərlər ki, cüt rəqəminin düşər-düşməzi olur. Deyilənə görə, bu cür rəqəmlər üzərində mühüm günləri qeyd etməmişdən öncə ilahiyyatçı ilə məsləhətləşmək lazımdır. Bizim şou-biznesçilər arasındakı bəzi "ağıllılar" isə ilahiyyatçı ilə falçıları səhv salırlar. Cüt rəqəm üzərində qalmağı düşünən Xuraman Şuşalı da toyunun tarixini ölçüb-biçmişdi. Amma eyni zamanda falçıdan da "öyüd-nəsihət " almışdı. Xeyir-duasını verən falçı hər şeyin yaxşı olacağını bildirmişdi. Daha doğrusu, qızı əmin etmişdi. Yalnız bundan sonra Xuraman el-aləmə car çəkmişdi ki, 08.08.2008-ci il tarixində ailə həyatı quracaq. Amma böyük təəssüf hissi ilə xatırladaq ki, həmin tarixdən iki il yarım keçəndən sonra X.Şuşalı toyunu qeyd edə bildi.

İndi daha bir müğənnimiz - Azəri qızı Günel toyunu cüt rəqəm üzərində qeyd etməyi planlaşdırır. İlk sevgisi uğursuz olsa da, Günel tələbə yoldaşı İnanc Başəyməzlə ailə həyatı qurmağa hazırlaşır. Cütlük toyun tarixi yaddaşlarda qalsın deyə, cüt rəqəmlərə müraciət etmək qərarına gəlib. Belə ki, Günel Zeynalovanın toyu 11.11.2011 tarixi üçün müəyyənləşdirilib.

Möhtəşəm şəkildə həyata keçəcək toy şənliyi Azərbaycanda təşkil olunacaq. Qız toyuna türk sənətçiləri də təşrif buyuracaqlar. O cümlədən İbrahim Tatlısesin iştirakı da gözlənilir. Əgər həkimlər icazə versələr /başına gələn faciədən sonra ona səsli-küylü yerlərdə iştirak etmək müvəqqəti qadağan edilib /, o zaman İbo qızı qədər çox sevdiyi Günelin toyuna gələcək. Özü də əlini Günelə öpdürmək istəyən yeni həyat yoldaşı Ayşegüllə birgə.

Hər nə isə... Ümidvarıq, Günelin toyu da həmkarı Xuraman kimi uzun müddətə təxirə düşməz...

Allah xoşbəxt eləsin!

Könül Aypara

O.M.