
"Eurovision-2017": Diana finalın birinci hissəsində çıxış edəcək
Mayın 9-da Kiyevin Beynəlxalq Sərgi Mərkəzində "Eurovision-2017" mahnı müsabiqəsinin birinci yarımfinalında iştirak edən 18 ölkədən finala vəsiqə qazanmış 10 ölkə təmsilçilərinin mətbuat konfransı keçirilib.
Azərbaycan təmsilçisi Diana Hacıyeva "Skeletons" mahnısı ilə birinci hissədə çıxış edəcək.
Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Ukrayna və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.
Mediainfo.az
Digər xəbərlər