
İbrahim Tatlıses sui-qəsdə uğradığı bölgəyə getdi
Bundan sonra onun şirkətlərini yeni xanımı idarə edəcək?
İbrahim Tatlıses vurulduğu bölgəyə getdi. Türkiyə mətbuatına istinadən verdiyimiz məlumata əsasən, imperator həkimlərə, "Ora getmək istəyirəm", - deyə bildirib. Tibb işçiləri bu fikirlə razılaşmasalar da, sənətçi inadından dönməyib. O, sui-qəsdə uğradığı bölgəyə getsə də, avtomobildən enməyib. Sadəcə dəqiqələrlə ətrafı gözdən keçirib.
Digər məlumatda isə bildirilir ki, Ayşegül Yılmaz artıq "müdir" olur. Bəzi söz-söhbətlərə görə, bundan sonra müğənniyə aid bütün şirkətləri məhz bu xanım idarə edəcək. Tatlıses 5 ayrı sektorda işləyən şirkətə və 600 işçiyə sahib bir iş adamıdır.
Mən atalar olmasam da, belə bir söz deyəcəm: "Arvad kişi işinə qarışanda qar yağar".
Günel Həbib
O.M.
Digər xəbərlər