Xumar Qədimova nə üçün depressiyaya düşüb?

Xumar Qədimova nə üçün depressiyaya düşüb?

4 Oktyabr 2011 13:35
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni kimlərdənsə möhkəm inciyib

Çoxdandır səhnələrdə, efirlərdə görünməyən müğənnilər arasında Xumar Qədimovanın da adını çəkmək olar. Nədənsə hər kəsdən uzaqlaşan sənətçinin tamaşaçıların görüşünə yeni imicdə gələcəyi söylənilsə də, ondan nə səs var, nə də soraq. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, səhnəmizin "Kərtənkələ"si son vaxtlar depressiyaya düşdüyü üçün tənhalığa qapılıb. Buna səbəbsə Xumarın sevgilisindən ayrılması olub. Digər məlumatda isə X.Qədimovanın fəxri adla təltif edilmədiyi üçün incidiyi bildirilir.

Bir müddət öncə kərtənkələ kimi süründüyünü dönə-dönə vurğulayan müğənninin indi həqiqətən də "sürünməsinin" əsl səbəbini nə özü, nə də prodüseri açıqlamır. Çox güman ki, bu, hələ uzun müddət sirr olaraq qalacaq. Amma ümidvarıq ki, Qədimova qədim sirlərdən canını tezliklə qurtarıb, pərəstişkarlarını yeni açıqlamaları ilə sevindirəcək.

Atalarımız isə deyir ki, musiqi ruhun qidasıdır.

Könül Aypara

O.M.