Aygün Kazımova restoranda konsert verib

Aygün Kazımova restoranda konsert verib

27 Aprel 2017 12:38
Bəyəndim (0) Bəyənmədim (0)
Xalq artisti küsülü qaldığı Eltonla, dostu Rəhimlə və "şipşirin" Elçinlə duetlər oxuyub

İki gün əvvəl Paytaxt restoranlarından birində xalq artisti Aygün Kazımovanın konsert proqramı keçirilib. Mediainfo.az xəbər verir ki, əvvəlcə konsertin aparıcısı Azər Axşam səhnəyə çıxaraq müğənninin bu görüşə uzun müddət hazırlaşdığını deyib və pərəstişkarlarına sürprizləri olduğunu da bildirib. Daha sonra o səhnəyə A. Kazımovanı dəvət edib. Xalq artisti tamaşaçılar qarşısına "Gələrsən görərsən" mahnısı ilə çıxıb. Onu səhnədə rəqqaslar müşayiət edib.

Konsert iki hissədən ibarət olub. Birinci hissədə Aygün xanım müğənni öz repertuarından olan hit mahnıları ifa edib. İkinci hissə isə əsasən duetlərlə yadda qalıb. A. Kazımova əvvəlcə müğənni Elçin Cəfərov, sonra isə Elton Hüseynəliyev və Rəhim Rəhimli ilə olan duet mahnıları təqdim ediblər.

Gecədə xalq artisti hərzamankı kimi geyimləri və imici ilə də diqqət cəlb edib. Geyimlərinin "YES" modalar evinə məxsus olduğunu bildirən A. Kazımovanın modelyeri Renat Ramazanovdur. Estrada ulduzunun saç və stili üzərində isə Qusik Simon çalışıb.

A. Kazımova pərəstişkarları arasında müsabiqə keçirib. Müğənninin yaradıcılığına bələd olanlar isə ondan hədiyyələr alıblar.

Gecəsinin sonunda xalq artisti "Dola məni qoluna" adlı mahnısını ifa edib. Musiqi parçasının musiqisi isə Faiq Sücəddinov, sözləri Cəlal Qurbanova məxsusdur. Konsertin səs rejissoru və musiqi rəhbəri Yaşar Baxış olub

Könül AYPARA