Müşfiq Abbasov dostunun avtomobili və nömrəsi haqda yazan jurnalistə səsləndi
Mediainfo.az xəbər verir ki, "Bu şəhərdə"nin prodüsseri Müşfiq Abbasov Facebook səhifəsində bəzi jurnalistlərə "ürək sözlərini" boşaldıb.
Belə ki, bu günlərdə bəzi saytlarda 45 yaşını qeyd edən əməkdar artist Rəfael İsgəndərovun avtomobilinin və nömrəsinin qiymətləri haqda yalan məlumatlar dərc edilib. Bu da bir prodüser kimi Müsfiq Abbasovu hiddətləndirib:
"Bizim Rəfaelin "bahalı" maşını və onun nömrəsi haqqında yazan yazarın (jurnalist sözünü yaza bilmədim) və o yazını (məqalə yaza bilmədim) paylaşanların nəzərinə maraqlı informasiya:
Həmin "bahalı" avtomobil –"Toyota Land Gruiser"dir, ili - 2012, gediś - 119 000 km, nömräsi isə alinib 36 AZN-ə. Avtomobilin hal-hazırda bazar qiyməti 30 000 $-dır, artıq 5-ci ildir Rəfael onu idarə edir.
Hörmətli yazarlar, nə istəyirsiniz yazın, amma mənə elə gəlir kiminsə avtomobilinin, ev ünvanının və ya telefonunun nömrəsini ictimailəşdirmək etik normadan kənardır. Yəqin ki, sizin də özünüzün və ya yaxınınızın avtomobilinin, ev ünvanının və ya telefonunun nömrəsini mən heç KİV-də yox, elə öz FB səhifəmdə yazsam, siz mənə "Halaldır", "Sağ ol"- deməzsiniz.
Şəlalə Nəriman













































.jpg)
.jpg)






.jpg)






















.jpg)


















